Uşaq və gənclər üçün optimist filmlər nümayiş olunacaq
Sabah “Kapellhausâ€� Alman-Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçısı və ssenaristi Erix Kestnerin əsərləri əsasında çəkilmiş uşaq və gənclər üçün optimist filmlər seriyasının nümayişi başlanacaq.
Mərkəzdən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, yanvarın 13-də “Uçan sinifâ€�, 20-də “Emil və xəfiyyələrâ€�, 27-də isə “Düymə və Antonâ€� filmləri təqdim olunacaq.
Xatırladaq ki, uşaq və gənclərdə həyatsevərlik və nikbin əhval-ruhiyyə aşılayan hər üç film Erix Kestnerin eyniadlı əsərləri əsasında ekranlaşdırılıb.