Bakının “20 Yanvarâ€� meydanında inşa olunan memorial kompleksin açılış mərasimi keçiriləcək
Bakıda yanvar faciəsinin növbəti ildönümü ərəfəsində “20 Yanvarâ€� meydanında faciə qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleks açılacaq. KƏLAMİNFO xəbər verir ki, artıq kompleksdə son tamamlama işləri aparılır.
Kompleksdə faciəni əks etdirən abidə də ucaldılıb.
Qeyd edək ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə ən dəhşətli hadisələr məhz Bakının Yasamal rayonunda baş verib. Burada onlarla dinc əhali qətlə yetirilib.
Xatırladaq ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakı şəhərində əhali nümayişinin qovulması məqsədilə sovet qoşunları daxil edilib və nəticədə 130-dan artıq dinc əhali vəhşicəsinə qətlə yetirilib.