TÜRKSOY 2012-ci ili “M.F.Axundzadə iliâ€� elan edib
TÜRKSOY 2012-ci ili “M.F.Axundzadə iliâ€� elan edib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, nazirliyin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi təşkilat tərəfindən müsbət dəyərləndirilib və 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə iliâ€� elan edilib.
Bildirilir ki, hazırda “M.F.Axundzadə iliâ€�nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır.
Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Ankara şəhərində TÜRKSOY-un qərargahında “M.F.Axundzadə iliâ€�nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.