“Teleradioâ€� İstehsalat Birliyi tərəfindən Ağdam, Bərdə və Tərtər bölgəsində, həmçinin Dağlıq Qarabağın şimal ərazilərində TV kanallarının yayımının daha keyfiyyətli təmin edilməsi məqsədilə tikilən yeni telestansiya tam gücü ilə işə salınıb. “KƏLAMİNFOâ€� Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, bu, cəbhə bölgələrində rabitə və informasiya, o cümlədən televiziya yayımının yüksək keyfiyyətlə təmin olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq reallaşdırılıb.
Yeni telestansiya Azərbaycan rabitəsinin işğaldan azad olunacaq torpaqlarda bərpası planının bir hissəsidir.