Gənc Tamaşaçılar Teatrının direktoru diploma layiq görülüb
2011-ci ilin yekunlarına və Almaniya-Azərbaycan dostluq və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Respublikanın Əməkdar artisti Mübariz Həmidov “Körpüâ€� diplomu ilə təltif olunub. Teatrın mətbuat xidmətinin katibi Hüsniyyə Mursaquliyevanın “KƏLAMİNFOâ€�ya verdiyi xəbərə görə, M.Həmidov bu mükafata Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə həyata keçirilən birgə layihələrin reallaşdırılmasındakı xüsusi əməyinə görə layiq görülüb.