Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İmam Hüseyn (ə) yoluna sadiqlik
    Şeyxülislam Allahşükür Paşazadə: “Aşura mərasimi dinimizin buyurduqlarına uyğun, dövlətimizin qanunlarına hörmətlə keçirilməlidir”

    Noyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Məhərrəm ayının başlanması münasibəti ilə toplantı keçirilib. Mərasim Qurani-Kərimin oxunuşu ilə başlanıb.
    toplantıda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İslam dininin daha da qüdrətlənməsi, dövlətçiliyimizin müdafiəsi və ərazi bütövlüyümüzün bərpası yolunda verdiyimiz şəhidlərin xatirəsini ehtiramla yad edib: “Qarşıdan Aşura günü gəlir.

    Həmin gün şəhidlik zirvəsinə yüksələn İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarına Allahdan rəhmət diləyirik. Bu gün də Vətənimizin ərazi bütövlüyü uğrunda, Qarabağın müdafiəsi yolunda şəhid olan övladlarımız var, onların da xatirəsi həmişə bizim üçün əzizdir. Müstəqil dövlətimizin qorunması, inkişafı üçün böyük xidmətlər göstərən Ümummilli liderimiz Heydər Əliyev həzrətlərini də biz daim rəhmətlə anırıq. Çünki onun dini-mənəvi dəyərlərimizə necə diqqət və qayğı göstərdiyinin şahidi olmuşuq”.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri bu günlərdə dünyasını dəyişən Bakı İslam Universitetinin dekanı Firudin Məmmədovun vəfatından kədərləndiyini bildirdib, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
    Şeyxülislam həzrətləri Türkiyənin Van bölgəsində zəlzələ qurbanlarının xatirəsinin də anıb, təbii fəlakətdən zərər çəkən insanlara yardım göstərilməsinin vacibliyini vurğulayıb: “Bu yaxınlarda qardaş Türkiyənin Van bölgəsində zəlzələ baş verdi. Zəlzələdə həyatlarını itirən insanlara rəhmət oxuyur, ailələrinə, yaxınlarına səbir və dözüm arzulayırıq. Qoy Allah-Təala bizi bir də belə imtahanlara çəkməsin. Vandakı təbii fəlakətdən ziyan çəkən çoxlu insanlar var. Azərbaycan dövləti elə ilk andan onlara yardım göstərdi. Dar gündə qardaşlarımızın yanında olmaq, onlara maddi və mənəvi dayaq durmaq hamımızın borcudur. Yəqin ki, mətbuatdan xəbəriniz var, Qafqaz Müsəlmanları İdarəsi də zəlzələdən ziyan çəkən ailələrə bacardığı qədər yardım göstərməyə çalışıb. Bir Şeyxülislam kimi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət etmişəm və ən ağır durumda olan iki ailəni himayəyə götürməyə hazır olduğumu bildirmişəm. Düzdür, Azərbaycanda da öz ev-eşiyindən didərgin düşən, müharibənin gətirdiyi çətinliklərdən əziyyət çəkən insanlar var. Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev həzrətləri belə insanlara daim diqqətlə yanaşır. Qaçqınlarımızın sosial müdafiəsi üçün mühüm addımlar atılır”.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskva səfərinin yekunları barədə də tədbir iştirakçılarına məlumat verib: “Bir neçə gün öncə Moskvada səfərdə oldum. Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill həzrətlərinin 65 illik yubileyində iştirak etdim. Yubiley tədbirləri çərçivəsində görüşlər keçirdim. Əlaqələrimizin perspektivləri, MDB Dinlərarası Şurasının fəaliyyət istiqamətləri barədə səmərəli müzakirələr apardım. Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Patriarx Kirillə “Şeyxülislam” ordenini təqdim etdim. Hesab edirəm ki, çox səmərəli bir səfər oldu”.
    Allahşükür Paşazadə başa çatan Həcc mövsümünün yekunlarına toxunub. Şeyxülislam həzrətləri Qafqaz Müsəlmanları İdarəsinin Həcc mövsümü ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib, eyni zamanda bəzi nöqsanların da olduğunu deyib: “Builki Həcc mövsümü başa çatdı. Həcc ziyarəti həm çətin, həm də şərəfli bir səfərdir. Şükür Allah ki, zəvvarlarımızın hamısı sağ-salam qayıtdılar. Onların hamısını təbrik edir, ziyarətlərinin qəbul olunmasını Allah-Təaladan arzulayıram. Qafqaz Müsəlmanları İdarəsi Həcc missiyasının rəhbəri kimi istər təyyarə, istərsə də avtobusla gedən zəvvarların rahatlığı, təhlükəsizliyi üçün bütün tədbirləri görmüşdü. Xüsusi ilə də avtobus karvanının keçdiyi ölkələrlə danışıqlar aparmışdı. Məhz ona görə də həmin ölkələrdə zəvvarlarımızın təhlükəsizliyi yüksək səviyyədə təmin olundu. Amma mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Qafqaz Müsəlmanları İdarəsi Həcc mövsümü ərəfəsində zəvvarların maarifləndirilməsi üçün xüsusi adamlar ayırır. Təəssüf ki, bəzi zəvvarlar bu məsələyə ciddi yanaşmırlar. Müəyyən olunmuş qaydaları bilməyənlər isə ziyarət zamanı müəyyən problemlərlə üzləşirlər”.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri M əhərrəm ayında və Aşura günündə din xadimlərinin qarşısında duran vəzifələrdən danışıb. Şeyxülislam həzrətləri Aşura mərasiminin məscidlərdə, ibadət ocaqlarında ictimai asayişi qorumaqla keçirilməsinin vacibliyini qeyd edib: “Qarşıdan Aşura gəlir. Çox istərdim ki, din xadimləri bu məsələnin mahiyyətini, İmam Hüseynin (ə) nəyə görə şəhadətə yetirildiyini insanlara doğru-düzgün izah etsinlər. İmam Hüseyn (ə) təziyəsini İmam Hüseynə (ə) layiq şəkildə keçirilməlidir. Təziyə günlərində məscidlərdə ictimai asayişin qorunmasına ciddi fikir verməliyik. Azərbaycan dövlətinin qanunlarına hörmət etmək, qanunun tələblərini yerinə yetirmək hər bir vətəndaşın borcudur. Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev həzrətləri biz dindarlar üçün hər cür şərait yaradıb. Təkcə Təzəpir məscidi deyil, digər məscidlərimiz, dini abidələrimiz təmir-bərpa olunur və yenidən dindarların ixtiyarına verilir. Ölkəmizə gələn qonaqlar da Azərbaycanda görülən işləri yüksək dəyərləndirirlər. Mən özüm də tez-tez xarici ölkələrdə oluram, görüşlər keçirirəm. Həmin görüşlərdə Azərbaycandakı inkişaf, din-mənəvi dəyərlərə böyük hörmət haqqında xoş sözlər eşidəndə qürur duyuram.
    Sovet dövründə Aşura mərasimini keçirmək o qədər də asan deyildi. Qadağalar, təzyiqlər olurdu. Amma indi müstəqil bir dövlətin vətəndaşları kimi dini mərasimlərimizi sərbəst şəkildə qeyd edirik. Yadımdadır, Ümummilli lider Heydər Əliyev Aşura günü Təzəpirə gəldi, məscidə toplaşan insanların qarşısında çıxış etdi. Onun yolunu davam etdirən prezident İlham Əliyev də tez-tez dindarlarla görüşür. Dövlətimizin bu münasibətini hökmən qeyd etməliyik. Bizə yaradılan bu şəraitin, müstəqilliyin verdiyi imkanların qədrini bilməliyik. Aşura günü soyunub zəncir vurmaq, baş yarmaq İslam dinində bəyənilməyən əməllərdəndir. Biz bunu fətvada da qeyd etmişik. Xahiş edirəm ki, bu məsələlər ciddi fikir verilsin.
    Məhərrəm ayı həm də savab ayıdır. Bu ayda sizə Allahdan cansağlığı arzulayıram”.
    Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Qazılar Şurasının Fətvasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov tədbirdə çıxış edib. Komitə sədri Aşuranın əsl mahiyyəti haqqında maarifləndirmə işinin aparılmasını vacib sayıb: “Tarix insanlara təkcə keçmişi öyrənmək üçün yox, həm də işıqlı gələcəyi qurmaq üçün lazımdır. Tarixin acı dərslərindən nəticə çıxarmadan uğurlu gələcək qurmağın mümkün olmadığı çoxdan sübut olunub. Kərbəla müsibəti, Peyğəmbərimizin (s) əziz nəvəsi İmam Hüseynin (ə) tərəfdarları ilə birgə haqq və ədalət uğrunda şəhid olması kədərli tarix olmaqla yanaşı həm də bir qəhrəmanlıq məktəbidir. Bu məktəbin dərslərini bütün müsəlmanlar keçməlidir. Çünki İmam Hüseyn (ə) təriqət, məzhəb fərqi qoymadan bütün müsəlmanlar üçün qəhrəmanlıq məktəbi yaradıb. Bu hadisədən danışarkən də elə təbliğat aparmalıyıq ki, şiələrlə sünnülər arasındakı həmrəyliyə ziyan dəyməsin. Əksinə, bu vəhdət daha da möhkəmlənsin. Yalnız belə olan halda Məhərrəmlik bütün müsəlmanlar üçün ortaq dəyərə çevrilə bilər”.
    Hidayət Orucov bu gün işğal olunmuş Qarabağ torpaqlarında baş verənləri Kərbəla hadisələri ilə müqayisə edib: “Bütün dövrlərdə xalqların, dövlətlərin öz Kərbəlası olub. Bu gün Azərbaycan xalqının Kərbəlası Qarabağdır. Minlərlə günahsız azərbaycanlı Qarabağda şəhid olub, qətlə yetirilib, başları kəsilib, cəsədləri təhqir olunub. Günahsız körpələrimiz, ağsaqqal və ağbirçəklərimiz, qızlarımız, gəlinlərimiz diri-diri tonqala atılıb. İşğal olunmuş ərazilərdə Allah evləri dağıdılıb, doğmalarımızın uyuduğu qəbirlər yerlə yeksan edilib. Xocalı soyqırımını törədənlər Kərbəla müsibətinin günahkarlarından daha amansız, daha qəddardırlar.
    Peyğəmbərimizin (s) əziz nəvəsinə yas tutmaq, təziyə keçirmək lazımdır. Amma biz həm də İmam Hüseyn (ə) kimi şəhidliyi göz önünə alıb savaşa getməyi də öyrənməliyik. Şeyxülislam həzrətlərinin fikri ilə razıyam ki, təziyə günlərində zəncir vurmaq, bədəndən qan çıxarmaq, saç yolmaq və yeni Yezid axtarışına çıxmaq doğru deyil. İslam və Azərbaycan zəncir vuranlarla yox, Vətən, millət və ümmət uğrunda canından, qanından keçməyə hazır olan İmam Hüseyn (ə) aşiqləri ilə fəxr edə bilər.
    Məhərrəmlik elə bir mərasimdir ki, onunla bağlı ilboyu maarifləndirmə işi aparılmalı, mahiyyəti insanlara düzgün izah edilməlidir. Sözsüz ki, bu dini mərasimdir. Lakin bu mərasimi, xüsusilə Aşura gününü ümumbəşəri dəyərlərə, Peyğəmbərimizin (s) əxlaqına, İmam Hüseynin (ə) mübarizəsinə qalxdığı dəyərlərə layiq keçirməliyik. Şeyxülislam həzrətlərinin təşəbbüsü ilə Aşura günlərində tibbi ehtiyaclar üçün qanvermə aksiyası illərin sınağından çıxaraq artıq mütərəqqi bir ənənəyə çevrilib.
    Qafqaz Müsəlmanları Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev fikirlərini toplantı iştirakçıları ilə bölüşüb: “Qafqaz Müsəlmanları İdarəsi hər il Məhərrəm ayının başlanması münasibəti ilə tədbir keçirir, din xadimləri ilə müzakirələr aparır. Şeyxülislam həzrətlərinin bu təşəbbüsünü təqdirəlayiq hesab edirəm. Aşura İslam tarixinin ən ağır və şərəfli səhifələrindən biridir. Ona görə də bu mərasimi layiqincə qeyd etməliyik. Bu hadisənin mahiyyəti insanlara, xüsusi ilə də gənclərə doğru-düzgün izah olunmalıdır. İmam Hüseynin (ə) həyatı, mübarizəsi bir örnəkdir. Bu örnəyi düzgün aşılamaq, izah etmək din xadimlərindən asılıdır. İmam Hüseyn (ə) hakimiyyət, taxt-tac uğrunda yol, İslam dinin saflığı, ülviliyi uğrunda mübarizə aparıb. Onu bu yolda hansı çətinliklər gözlədiyini də yaxşı bilib. 72 şəhidlə böyük bir orduya qarşı vuruşub. Haqq-ədalət uğrunda mübarizə aparıb, şəhid olub və şəhidlik məktəbi yaradıb. Cismən məğlub olsa da, mənən qalib gəlib. Aşura günü İslam tarixində bir dönüş yaratdı.
    Artıq neçə ildir ki, Şeyxülislam həzrətlərinin təşəbbüsü ilə Aşura günü qanvermə aksiyası keçirilir. Mən bu təşəbbüsü çox yüksək dəyərləndirirəm. Çünki Allah yolunda savab bir işdir. İnanıram ki, bu nümunə yaxın zamanlarda digər İslam dövlətlərinə də yayılacaq”.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə toplantıya yekun vurub.

    Qafqaz Müsəlmanlari İdarəsi Qazılar Şurasının Fətvası


    Bismillahir-rəhmanir-rəhim!
    Möhtərəm mömin qardaş və bacılarımız!
    1432-ci Hicri-qəməri ili artıq başa çatmaq üzrədir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni 1433-cü ilin başlanğıcı-Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir.
    Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay müqəddəs islam dinimizdə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olmuşdur. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qurur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn (ə) əzadarlığında Haqqın bərpası və Ədalət uğrunda səfərbərlik hikməti vardır. İmam Hüseyn (ə) dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
    Aşura günü 2011-ci il dekabr ayının 6-na təsadüf edir. Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətiylə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.
    Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Bu təcrübə örnək olaraq müsəlmanlar arasında yayılmalıdır.
    Ümidvarıq ki, inşaallah, dindarlarımız bu il də İmam Hüseyn təziyədarlığı ilə İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə daha dərindən yiyələnəcəklər. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi yolunda şəhid olmuş xüsusən Qarabağ torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini yad edərək əziz tutan xalqımız, torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin qorunub saxlanmasını təmin etmək yolunda daha artıq səy nümayiş etdirəcəkdir, inşaallah.
    Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu !

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 639
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031