Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli maraqlara söykənən xarici siyasət
    Prezident İlham Əliyevin yürütdüyü uğurlu və məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan regional və qlobal səviyyədə söz sahibinə çevrilib

    SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri də müstəqil xarici siyasətin qurulması və ölkənin beynəlxalq aləmdə layiqli yerini tutması idi. Mürəkkəb ictimai-siyasi vəziyyət, ölkəmizə qarşı Ermənistanın apardığı müharibə şəraitində isə bu çox çətin idi.

    Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra xalqın rifahı və ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, kəskin ehtiyac duyulan xarici əlaqələrimizi genişləndirdi, hərtərəfli enerji strategiyasını reallaşdırdı və ölkənin uzunmüddətli inkişafının təməlini qoydu.
    Bu gün artıq qəti şəkildə demək olar ki, ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi diplomatiya kursu Azərbaycanın regionda lider dövlət olduğunu bir daha sübut edir. Ölkə prezidentinin «Bizim xarici siyasətimizin əsas prinsipləri ondan ibarətdir ki, istənilən sahədə ölkəmizin maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə təmin edilməsinə nail olaq... Ancaq ən əsas məqsədimiz odur ki, Azərbaycanın ərazi bütövlüyünə nail olaq. Biz həmin məqsədlərə nail olacağıq. Azərbaycanın bütün şəhərlərində bizim dövlət bayrağımız qaldırılacaqdır» sözləri tam şəkildə həyata keçirilməkdədir. Yürüdülən uğurlu daxili-xarici siyasət dünyanın aparıcı dövlətləri rəfindən rəğbətlə qarşılanmaqdadır. Əbəs yerə deyil ki, bu gün Azərbaycanın gerçəkləşdirdiyi beynəlxalq əhəmiyyətli layihələr, o cümlədən nəhəng enerji layihələri çərçivəsində iştirak etmək istəyən nüfuzlu şirkətlər bunun üçün rəsmi müraciətlər edir, həmin layihələrin real iştirakçısına çevrilməyi arzulayırlar.

    Beynəlxalq əməkdaşlıq səviyyəsinin davamlı və yüksək nəticələri


    Azərbaycanın xarici siyasətinin başlıca istiqamətləri sırasında Qərbin müxtəlif təşkilatları ilə münasibətlərdə əməkdaşlıq səviyyəsinin yüksəlməsinə nail olmaq da var. Ötən illlər ərzində xüsusilə də NATO, ATƏT, Avropa Birliyi və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətlərimiz davamlı olaraq inkişaf edib. İndiyədək Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilmiş onlarla təlim və tədbirlərdə iştirak edib. Ötən müddət ərzində Azərbaycanın çox sayda hərbçisi Şimal Alyansının müxtəlif təlim kurslarında və təlim mərkəzlərində biliklərini artırıb və qazandığı bilik və təcrübəni milli ordumuzun daha da təkmilləşməsində istifadə etməyə başlayıb.
    Eyni fikirləri Avropa Birliyi barədə də söyləmək vacibdir. Azərbaycanın AB ilə münasibətlərində əməkdaşlıq əlaqələrinin daha məsuliyyətli və etibarlı dövrə daxil olması artıq reallıqdır. Cənubi Qafqaz regionunda strateji maraqları olduğunu açıqlayan AB Azərbaycanla çoxtərəfli, xüsusilə də energetika sahəsində əməkdaşlıq etmək niyyətindədir. Ən əsası, ötən müddət ərzində Azərbaycan təkcə neft sivilizasiyasının və texnologiyasının beşiyi kimi yox, həm də Qərb dəyərlərini paylaşan, humanizm prinsiplərini rəhbər tutan, sivilizasiyalararası dialoqu dəstəkləyən və regional iqtisadi inkişafa təkan verən ölkə kimi də tanınıb. Bütün bunlar isə ölkə rəhbərliyinin praqmatik xarici siyasət kursunun nəticəsidir.

    Azərbaycan diplomatiyasının təntənəsi


    Şübhəsiz ki, bu illər ərzində Azərbaycan xarici siyasət sahəsində çoxsaylı uğurlara imza atıb ki, bunların içərisində ən önəmlisi ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Azərbaycan iqtidarının yürütdüyü siyasət onun bu seçkilərdə parlaq qələbə qazanaraq öz tarixinə daha bir şanlı səhifə yazmasına səbəb oldu. Artıq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu seçkidə ölkəmizə dünyanın 155 ölkəsi etimad göstərib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçilməsi, heç şübhəsiz, dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Bu, prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurudur. BMT Təhlükəsizlik Şurasına üzv olmaqla Azərbaycan Respublikası yeni imkanlar qazanacaq. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasını bir daha təsdiqləməklə yanaşı, dövlətimiz çoxtərəfli və ikitərəfli diplomatiyanın həyata keçirilməsində əlavə imkanlar əldə edəcək. Azərbaycanın bu təşkilata üzv seçilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Hər şeydən əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasında söz sahibi olacaq, bu təşkilatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün əlavə imkanlar qazanacaq. Bundan başqa, ölkəmizin BMT çərçivəsində əlaqələri daha da genişlənəcək və Azərbaycanın dostlarının sayı artacaq. Təbii ki, Azərbaycanın BMT TŞ-nın üzvü olması ölkəmiz üçün ən şərəfli, ən diqqətçəkən, vaxtilə bizə əlçatmaz hesab edilən zirvənin fəthidir. BMT-də bu seçim sadəcə olaraq hər hansı bir dövlətin fərdi qaydada qəbulu deyil, böyük bir səsvermənin nəticəsidir.
    Azərbaycanın apardığı iqtisadi, siyasi və digər sahələrdəki islahatları, beynəlxalq aləmdə söz sahibi olması, regionda güclü, qüdrətli dövlətə çevrilməsi, enerji sisteminə təsiri, ən önəmlisi isə demokratik proseslərin Avropa qayəsinə uyğun aparılması səsvermə zamanı qələbəyə doğru aparan əsas amillərdən idi. Vaxt var idi ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar BMT-nin müəyyən iclaslarında kənardan bir dinləyici kimi müşahidə edirdik. İndi isə artıq bu prosesin iştirakçısıyıq. Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında bu məsələ böyük rol oynayacaq. Bundan sonra Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibinə çevriləcək. Azərbaycanın belə bir mötəbər təşkilata üzv seçilməsi ölkəmizin apardığı xarici siyasətin uğurlu addımlarından biri və qələbəsidir. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında bu hadisəni xalqımızın, dövlətimizin qələbəsi, həyata keçirilən siyasətin təntənəsi kimi dəyərləndirib. “Bu, 155 ölkənin Azərbaycana dəstəyi, dövlətimizin artan mövqeyinin, siyasi çəkisinin təsdiqidir. 20 illik müstəqillik tarixində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atıb”.
    Ölkəmizin BMT TŞ-yə müvəqqəti üzv seçilməsi isə Ermənistanda böyük narahatlığa səbəb oldu. Əsas müzakirə bunun Dağlıq Qaradağ münaqişəsinin həllinə necə təsir göstərəcəyi ilə bağlıdır. Ermənistan parlamentinin müstəqil deputatlarından olan Vardan Xaçatryan ölkəmizin BMT TŞ-yə üzv olduqdan sonra Ermənistanın təcavüzkar işğalçı bir dövlət olmasını BMT-də müzakirəyə çıxaracağından ehtiyat etdiyini deyib. “Azərbaycan BMT TŞ-də Ermənistanın təcavüzkar bir dövlət olduğunu müzakirəyə çıxara bilər. Bu amil bizim üçün ağrıdıcı fakt olacaq” - deyə Vardan Xaçatryan bildirib.

    Regionda lider dövlət


    Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya dövlətlərinin, təşkilatlarının təmsilçiləri tərəfindən də beynəlxalq aləmdə əsl söz sahibi olmağımızın təsdiqi kimi qiymətləndirilir. Bu gün ölkəmizin inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi bir daha belə bir həqiqəti təsdiqləyir ki, düzgün müəyyənləşdirilən siyasət ölkəni daim inkişafa aparar. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bugünkü reallıqlarımız - iqtisadi tərəqqi, güclü ordu, beynəlxalq dəstək, ən əsası - xalq-iqtidar birliyi bu prbolemin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Xarici siyasətində qarşılıqlı əməkdaşlıq əlaqələrinə xüsusi önəm verən ölkəmiz heç bir dövlətin daxili işinə müdaxilə etmir və bu müdaxiləni qəbuledilməz hesab edir. Dövlət başçısı İlham Əliyevin «Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik» fikri də münasibətlərdə qarşılıqlı maraqlar və hörmət prinsipinin əsas götürüldüyünün təsdiqidir. Azərbaycanın istər iqtisadi-siyasi, istərsə də hərbi cəhətdən Cənubi Qafqazın ən güclü və qüdrətli dövlətinə çevrilməsi artıq danılmaz faktdır. Dünyanın ən sanballı ekspertləri ölkəmizin nəinki bölgə, eləcə də Avrasiya miqyasında müstəsna rol oynadığını vurğulayırlar. Xarici siyasət sahəsində atdığı addımlar Prezident İlham Əliyevin bu tələblərə cavab verən lider olduğunu bir daha təsdiqləyir. Prezident olduğu dövrdə onun yürütdüyü çoxşaxəli və tarazlı xarici siyasət Azərbaycanın dövlət və milli maraqlarının müdafiəsinin tam inikasıdır. Bu siyasət müasir dövrün mürəkkəb geosiyasi durumunda ölkəmizin xarici təhlükələrdən müvəffəqiyyətlə qorunmasına istiqamətlənib.
    Azərbaycanın təcavüzdən qorunması və ərazi bütövlüyünün bərpası üçün ildən-ilə hərbi xərclərin həcmi artırılır. Lakin bu addımlar digər dövlətlərə qarşı çevrilməyib, yalnız və yalnız Azərbaycanın müdafiə qüdrətinin artırılmasına, bütün bölgədə sülhün və asayişin bərqərar olmasına xidmət edir. Azərbaycan Prezidenti öz həmkarlarına dinc qonşuluq və qarşılıqlı iqtisadi-siyasi səmərəlilik prinsiplərinə söykənən xarici siyasət kursu təklif edir. Bunun müqabilində prezident İlham Əliyev beynəlxalq aləm qarşısında Azərbaycanın mövqeyinə hörmətlə yanaşmaq tələbi qoyur, ölkəmizin milli maraqlarının heç zaman və heç bir dövlətin maraqları naminə qurban verilməyəcəyini dünya ictimaiyyətinin nəzərinə dönə-dönə çatdırır. Beləliklə, məhz Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu, beynəlxalq münasibətlərdə manevr imkanlarından məharətlə istifadə etmək bacarığı sayəsində ölkəmiz qarşılaşdığı sınaqları müvəffəqiyyətlə dəf edərək beynəlxalq arenada öz mövqeyini dönmədən möhkəmləndirir.


    Azər NURİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 464
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031