BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən “İnsan İnkişafı Hesabatı 2011â€�-də Azərbaycanla bağlı yaranmış problemə aydınlıq gətirilib. “KƏLAMİNFOâ€� Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin noyabrında açıqlanan hesabatda insan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması göstərilib. Lakin düzgünlüyü şübhə doğurduğundan məlumat Dövlət Statistika Komitəsində təhlil edilib, “İnsan İnkişafı Hesabatı 2011â€�-in müəlliflərinə, BMT-nin, YUNESKO-nun Statistika İnstitutunun ekspertlərinə rəsmi müraciət olunaraq məsələnin araşdırılması xahiş edilib: “Dövlət Statistika Komitəsinin iki aya yaxın bu sahədə apardığı təkidli yazışmaları nəticəsində BMT-nin İnkişaf Proqramı (UNDP) öz səhvini etiraf edib. Səhv “təhsilin orta müddətiâ€� göstəricisinin 11.1 il əvəzinə UNDP tərəfindən yanlış olaraq 8.6 il kimi nəzərə alınması ilə bağlı olub. UNDP-nin “İnsan İnkişafı Hesabatı 2011â€�-in tərtibinə məsul şəxs cənab Milorad Kovaçeviç baş vermiş anlaşılmazlığa görə təəssüfləndiyini bildirməklə yanaşı, Dövlət Statistika Komitəsinə rəsmi olaraq bəyan edib ki, bu xəta UNDP tərəfindən aradan qaldırılıb. Nəticədə dünya ölkələrinin sıralamasında (renkinqində) Azərbaycanın yeni mövqeyi 76-cı pillədədirâ€�.
Həmin hesabatda “Adambaşına Ümumi Milli Gəlirâ€� göstəricisi üzrə tərtib edilən renkinqdə isə ölkəmiz 81-ci yerdədir.