Çin şirkəti internetə çıxış imkanı olan televizorlar istehsal edəcək
Çinin “Lenovoâ€� şirkəti yanvarın əvvəlində Las-Veqasda baş tutacaq “CES-2012â€� beynəlxalq istehlak elektronikası sərgisində təqdim edilməsi nəzərdə tutulan bəzi yeniliklər barədə məlumat verib. “KƏLAMİNFOâ€� xəbər verir ki, kompüter istehsalçısı internetə çıxışa malik “ağıllıâ€� (“Smart TVâ€� – internetin müasir televizorlarla inteqrasiyası, eləcə də kompüter və televizorlar arasında texnoloji əlaqə) televizorların buraxılmasını təsdiq edib. “LeTVâ€� adlandırılacaq televizorları əvvəl Çin bazarında almaq mümkün olacaq.
Televizorun buraxılması ilə paralel olaraq şirkət mobil qurğu sahiblərinə internet-kontentdən kollektiv şəkildə istifadə etmək, eləcə də istifadəçilərə öz məlumatlarını asanlıqla idarə etmək və sosial şəbəkələrdən yararlanmaq imkanı verəcək bulud servisini də (“Apple iCloudâ€�un analoqu) işə salmağa hazırlaşır. “Lenovoâ€�nun bulud servisi bütün qoşulmuş qurğulardan məlumatları avtomatik sinxronlaşdıracaq, istifadəçilərə isə məlumatların saxlanılması üçün 200 giqabayt ayrılacaq. Müqayisə üçün qeyd edək ki, “Appleâ€� şirkəti 5 giqabayt təqdim edir.