Fazil Mustafa: “Fransanın əsas məqsədi ermənilərə dəstək olmaq yox, Türkiyəyə maneə yaratmaqdırâ€�
“İndiki halda Fransanın “erməni soyqırımıâ€�nı qəbul etməsi heç də ağır faciə deyil. Çünki bu ölkənin əsas məqsədi heç də ermənilərə dəstək olmaq yox, Türkiyəyə maneə yaratmaqdırâ€�. Bu barədə “KƏLAMİNFOâ€�ya Azərbaycan millət vəkili Fazil Mustafa bildirib.
O qeyd edib ki, stüasiyanın hansı istiqamətə dəyişməsindən asılı olmayaraq Azərbaycan bu məsələdə daim Türkiyənin yanındadır. “Rəsmi Bakı da dəfələrlə bunu ifadə edib. Çünki bu məsələdə Azərbaycanın görə biləcəyi iş Türkiyəyə dəstək verməkdir ki, onu da edirâ€� - deyə F.Mustafa vurğulayıb. Deputatın fikrincə, Fransada bir qism qüvvələr bu vəziyyətdən istifadə edib vəziyyəti gərginləşdirmək istəyir. “Lakin biz bu məsələdə daim həssas olmalıyıqâ€� - deyə o, əlavə edib.