Milli İnternet Mükafatı - “Milli Net 2011â€�-in qaliblərinin adları açıqlanıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, “Milli Net 2011â€� müsabiqəsinin builki qalibləri 11 nominasiya (“Korporativ saytlarâ€�, “İctimai-sosial saytlarâ€�, “Media və İnformasiyaâ€�, “Mədəniyyət, incəsənət və turizmâ€�, “Ailə uşaq və sağlamlıqâ€�, “Asudə vaxt, idman və əyləncəâ€�, “Bloqlarâ€�, “Elm və təhsilâ€�, “Dövlət və bələdiyyəâ€�, “Xidmət (Servis)â€�, “İstifadəçi kontenti üzərində qurulmuş saytlarâ€�) üzrə müəyyənləşdirilib. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi internet saytı (http://www.sspf.gov.az, www.dsmf.gov.az) “Milli Net-2011â€� müsabiqəsinin “Dövlət və bələdiyyə saytlarıâ€� nominasiyası üzrə qalibi (1-ci yer) seçilib. 11 nominasiya üzrə qalib gələnlərə “Milli Netâ€� müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta və diplom təqdim olunub. Eyni zamanda 2-ci və 3-cü yerləri qazananlara müsabiqənin diplomları verilib.
Qeyd edək ki, DSMF-nin rəsmi internet saytı 2004-cü ildən etibarən fəaliyyət göstərir.