Zahid Oruc: “Fransa ilə birdəfəlik əlaqələri kəssək, bu, ermənilər üçün ikinci uğur olarâ€�
“Əgər biz Fransa Senatında qondarma erməni soyqırımı ilə bağlı müsbət nəticə əldə eləmək istəyiriksə, bu ölkə ilə əlaqələri birdəfəlik kəsməkdənsə, orada fəaliyyətimizi gücləndirməliyikâ€�. Bu barədə “KƏLAMİNFOâ€�ya Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirib. Onun fikrincə, parlamentdə bu yanlış qərar erməni lobbisinin fəaliyyətinin nəticəsidir. “Ona görə də əgər biz Fransa ilə birdəfəlik əlaqələri kəssək, bu, ermənilər üçün ikinci uğur olarâ€� – deyə Z.Oruc vurğulayıb. Deputat hesab edir ki, bütün baş verənlərə rəğmən Fransa ilə işləmək, əməkdaşlığı davam etdirmək lazımdır. “Biz öz həqiqətlərimiz uğrunda ciddi fəaliyyətimizi davam etdirməliyikâ€� - deyə o, əlavə edib.