Milli Məclisin Sosial siyasət komitəsi Ailə Məcəlləsində əlavə və dəyişikliklər üzərində iş aparır. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu fikirləri komitənin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bundan başqa, nigaha girən şəxsin icbari tibbi müayinə olunması, nigah müqavilələrinin icbari hala gətirilməsi, o cümlədən doğuşa qədər və doğuşdan sonrakı hamiləlik müddətinin artırılması, uşaqlara baxanlar üçün müavinətlərin artırılması üzərində iş aparılır: “Bunlar hamısı gündəlikdədir və müzakirə olunur. Yəqin ki, yaz sessiyasında bunların bir hissəsini qəbul edəcəyikâ€�.