Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi yubiley zirvə toplantısında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşüb. “KƏLAMİNFOâ€� xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.