Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya nazirliyin mətbuat xidmətindən veriblər.
Belə ki, dekabrın 14-də urologiya, nevropatologiya və yoluxucu xəstəlikləri ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 24 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 23 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları immunologiya, oftalmologiya və mamalıq-ginekologiya ixtisasları üzrə 21 dekabrda keçiriləcək.