Barak Obama respublikaçıların ittihamlarını rədd edib
ABŞ prezidenti Barak Obama respublikaçıların onun xarici siyasətinin sakitləşdirməyə əsaslandığı barədə ittihamlarını rədd edib. “KƏLAMİNFOâ€� RİA “Novostiâ€�yə istinadən xəbər verir ki, Amerika prezidentliyinə respublikaçı namizədlərin onun administrasiyasının xarici siyasətinin yumşaqlığına dair iddiaları barədə prezident deyib ki, “Əl-Qaidəâ€� lideri Üsamə Bin Laden və digər 20 terrorçu onun administrasiyası dövründə öldürülüb.
Ağ Evdə dövlət başçısı müxbirlərin Avropanın iqtisadi böhranına dair suallarını da cavablandırıb. O deyib ki, Avropa İttifaqının böhranı həll etməsi üçün Avropa kifayət qədər sərvətə malikdir və maliyyə probleminin həlli siyasi iradədən asılıdır.