Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə biologiya fənnindən yeni dərc olunmuş vəsaitin təqdimatını keçirib. “KƏLAMİNFOâ€� xəbər verir ki, TQDK sədri M.Abbaszadə bildirib ki, vəsait orta məktəblərin tədris, eləcə də ali məktəblərə qəbul proqramlarının tələblərinə uyğun hazırlanıb.
Onun sözlərinə görə, vəsaitdə materialların seçimi və şərhi zamanı 3 mühüm elementə-müvafiq elmin əsaslarına, təhsilin məqsədlərinə və abituriyentlərin ümumi bilik və yaş səviyyələrinin bir-biri ilə əlaqələndirilməsinə diqqət yetirilib. “Amma vəsait qəbul imtahanına hazırlaşmaq üçün kifayət etmir. Bu kitab biliklərin möhkəmləndirilməsi məqsədilə yerinə yetirilən təkrarlanma məsələsində xüsusi əhəmiyyətlidirâ€� - deyə TQDK sədri vurğulayıb. O, həmçinin deyib ki, bu vəsait biologiya fənni üzrə əvvəl nəşr olunmuş Botanika, Zoologiya və İnsan vəsaitlərinin davamıdır.