TQDK sədri: “Orta məktəblər üçün çap edilən dərsliklərdə ciddi nöqsanlar varâ€�
“Etiraf edək ki, bu gün orta məktəblər üçün çap edilən dərsliklərdə ciddi nöqsanlar varâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində səhvlər xüsusilə çoxdur. “Bu, çox ciddi məsələdir, çünki şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlərâ€� - deyə M.Abbaszadə vurğulayıb. O bildirib ki, “Abituriyentâ€� jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. “Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. Qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlər bu jurnalı oxumalıdırlar. Tarix dərsliyində səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyilâ€� - deyə o, əlavə etdi.