“Eurovisionâ€�la əlaqədar Bayılda yeni yarımstansiya tikilir
2012-ci ilin may ayında Azərbaycanda keçiriləcək “Evrovisionâ€� beynəlxalq mahnı müsabiqəsi zamanı elektrik enerjisinə olan tələbatın artımı ilə əlaqədar Azərbaycan enerji sistemi heç bir problemlə qarşılaşmayacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Sənaye və Energetika Nazirliyi “Azərenerjiâ€� ASC-yə istinadən xəbər yayıb. Bildirilir ki, hazırda Azərbaycanın enerji sistemi 1000 MVt ehtiyat gücə malikdir. “Evrovisionâ€� beynəlxalq mahnı müsabiqəsi keçiriləcək yerlərin elektrik enerjisi təchizatı sxemləri hazırlanıb və ən yüksək etibarlılıq meyarlarına cavab verir. Belə ki, hal-hazırda gücü 240 MVA olan və ən müasir avadanlıqlarla təchiz olunacaq yeraltı 1003510 kV-luq “Bayılâ€� yarımstansiyası inşa edilir. Bundan əlavə, 3 ədəd 6 kV-luq yarımstansiyanın tikintisi, 12 MVt gücündə avtonom ehtiyat dizel-generatorların və 10 MVt gücündə kəsilməz qida mənbəyinin (UPS) quraşdırılması nəzərdə tutulur. “Evrovisionâ€� beynəlxalq mahnı müsabiqəsi zamanı elektrik enerjisinə olan tələbatın artımını ödəmək məqsədi ilə müvəqqəti elektrik stansiyasının tikintisi ilə bağlı “APR Energyâ€� şirkəti təkliflər irəli sürüb.