Məleykə Abbaszadə: Orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlar ümidlərimizi puç edib
“Çox təəssüflər ki, orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlərimiz puç olubâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
TQDK sədri bildirib ki, attestat qiymətlərinə uyğun olaraq qəbul qaydalarını dəyişmək hələlik mümkün deyil: “Biz bunu çox istəyərdik. Çox təəssüf ki, mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlər özünü doğrultmayıbâ€�.
M.Abbaszadə qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarında məzunların imtahan göstəriciləri ilə attestat ballarının bir-birinə uyğunluğunu əks etdirən “Abituriyentâ€� jurnalının 12-ci buraxılışı yaxın vaxtlarda hazır olacaq. Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarının bütün statistik göstəriciləri orada əks olunacaq. TQDK bununla əlaqədar xüsusi konfrans keçirməyi də nəzərdə tutur.