Roland Kobia: “Azərbaycan addım-addım Avropaya irəliləyirâ€�
“Bu gün hər bir dövlət üçün demokratiya və insan haqlarının qorunması prioritet olmalıdır və biz Azərbaycanın bu istiqamətdə çalışmasının şahidiyikâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunları Dövlət İdarəçilik Akademiyasında “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışıâ€� adlı beynəlxalq konfransda çıxışı zamanı Avropa İttifaqının Bakı ofisinin rəhbəri Roland Kobia bildirib.
O qeyd edib ki, hər bir dövlətdə korrupsiya ilə mübarizə və şəffaflığın qorunması vacib əhəmiyyət daşımalıdır. “Azərbaycan da Avropanın bir hissəsi olduğu üçün bu istiqamətdə səylərini əsirgəməməlidir. Bu, ilk baxışdan çox çətin görünsə də, nəzərə alaq ki, artıq Azərbaycan addım-addım Avropaya irəliləyirâ€� - deyə R.Kobia vurğualyıb. Onun sözlərinə görə, Azərbaycanın Avropada tanınmasında gələn ilin mayında keçiriləcək “Eurovisionâ€� müsabiqəsi, həmçinin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi öz töhfəsini verəcək.