Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gələn ay Türkiyəyə səfər edəcək
Gələn ilin yanvarın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin İstanbul şəhərinin 2010-cu ildə “Avropa mədəniyyətinin paytaxtıâ€� elan olunması münasibətilə keçiriləcək açılış mərasimində iştirak edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə nazir Ə.Qarayev jurnalistlərə açıqlamasında məlumat verib.
O, qeyd edib ki, Bakının da Avropa mədəniyyətinin paytaxtı elan olunması üçün ən azı 4-5 il vaxt tələb olunur. Onun sözlərinə görə, Bakının “İslam mədəniyyətinin paytaxtıâ€� elan olunması çərçivəsində keçirilən tədbirlər sübut etdi ki, Azərbaycan bu cür beynəlxalq tədbirlərin keçirilməsinə hazırdır. Ə.Qarayev Bakı şəhərinin “Mədəniyyətlərarası dialoq paytaxtıâ€� elan olunması üçün hazırlıq işləri görüldüyünü söyləyib. Nazir artıq Avropa Şurası, İSESKO və YUNESKO ilə fikir mübadiləsi aparıldığını da bildirib. “Düşünürük ki, gələcək illərdə Azərbaycan hökuməti Bakının “Avropa mədəniyyətinin paytaxtıâ€� elan olunması ilə bağlı mütləq müraciət edəcəkâ€�,-deyə, Ə.Qarayev vurğulayıb.