Bu gün və sabah Bakının bir neçə rayonunda suyun verilişində fasilələr olacaq. “KƏLAMİNFOâ€�ya “Azərsuâ€� Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin Mətbuat prospektindən M.Müşfiq küçəsinə qədər çəkilmiş magistral kəmərə qoşulması işləri aparılır. Bununla əlaqədar noyabrın 30-u və dekabrın 1-də Bakının Yasamal, həmçinin Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.