Elmira Süleymanova: “Əfv fərmanının imzalanması barədə prezidentə müraciət etmişikâ€�
“Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və İnsan Hüquqları günü ərəfəsində əfv fərmanının imzalanması barədə ölkə prezidentinə müraciət etmişik. Bayramlar ərəfəsində çoxsaylı insanların ailələrinə qovuşması, azadlığa çıxması yaxşı olarâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. E.Süleymanova qeyd edib ki, müvəkkil fəaliyyəti dövründə onun vəsatəti ilə 339 məhkum əfv edilib: “Bu, böyük bir rəqəmdir. Biz yenə də əfv barədə müraciət etmişik. Əfv fərmanının imzalanması isə ölkə prezidentinin səlahiyyəti çərçivəsindədirâ€�.