Noyabrın 24-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan “Nizamiâ€� kinoteatrı tamaşaçılarla ilk görüşə hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, hazırda yeni müəssisənin nizamnaməsinin təkmilləşdirilməsi, mürəkkəb kino-texnoloji avadanlığı istismar edə biləcək mütəxəssislərlə ştat vahidlərinin komplektləşdirilməsi, eləcə də repertuarın formalaşdırılması üzrə işlər davam edir. Bildirilir ki, cari ilin dekabrın sonunda nazirlik tərəfindən bərpa edilmiş “Nizamiâ€� kinoteatrının təntənəli təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra kinoteatr tamaşaçı üçün maksimum komfort yaradılan mədəniyyət ocağına çevrilib. “Nizamiâ€� kinoteatrında inzibati otaqlarla yanaşı, mətbuat mərkəzi, televiziya qovşağı da yaradılıb.
Xatırladaq ki, yaxın gələcəkdə yeni filmlərin premyeraları və möhtəşəm kino festivalının keçirilməsi nəzərdə tutulan “Nizamiâ€� kinoteatrı 1934-cü ildə görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında inşa edilib. O dövrdə Bakının ən böyük mədəniyyət ocaqlarından biri olan kinoteatr “Bədaye kinoteatrıâ€� adı ilə tanınırdı. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq bu mədəniyyət ocağına dahi şairin adı verilib.