Xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyi qeyd olunacaq
Mikayıl Abdullayevin 90 illik yubileyi ilə əlaqədar sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Dövlət Mükafatları laureatı, “İstiqlalâ€� ordenli Xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərginin açılışı Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq. Bildirilir ki, rəssamın doğum günündə (19 dekabr) qəbirüstü abidəsi də ziyarət olunacaq, eyni zamanda Azərbaycan Milli İncəsənət Muzeyində M.Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş Dəyirmi masa təşkil olunacaq. İlk fərdi sərgisi 36 yaşında Moskvada keçirilən M.Abdullayev SSRİ xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, professor kimi tanınıb. M.Abdullayev kitab qrafikasında “Kitabi-Dədə Qorqudâ€�, “Molla Nəsrəddinin lətifələriâ€�, “Leyli və Məcnunâ€�, “Danabaş kəndinin məktəbiâ€�, “Poçt qutusuâ€�, “Gələcək günâ€�, “Şamoâ€�, “Şəbi-hicranâ€� əsərlərinə çəkdiyi illüstrasiyaları, “Axşamâ€� (1947), “Mingəçevir işıqlarıâ€� (1948), “Səadət quranlarâ€� (1951) tabloları ilə ölkəmizdə və xaricdə də müvəffəqiyyət qazanıb.
M.Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə. Brüssel və s. şəhərlərdə nümayiş etdirilib. M.Abdullayevin yaradıcılığında Bakı metrosunun “Nizamiâ€� stansiyasının interyerinin tərtibatı xüsusi yer tutur. Oradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır.
1990-cı il 20 yanvar faciəsinin canlı şahidi olan M.Abdullayev 1992-ci ildə şəhidlərin xatirəsinə həsr etdiyi “Nakamların dəfniâ€� əsərini yaradıb.
Xatırladaq ki, rəssamın 90 illiyinə həsr olunan sərginin açılışı 2011-ci il dekabrın 9-da, saat 18:00-da baş tutacaq.