Bələdiyyələrə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb
Bu gün Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu seçkilərdə ölkədə siyasi partiya və ya blok qeydə alınmadığından, təşviqat yalnız qeydə alınan namizədlər tərəfindən aparılıb.
Seçki qanunvericiliyinə uyğun olaraq, noyabrın 7-si saat 08.00-da başlayan təşviqat kampaniyası 21 gün davam edib və bu səhər saat 08.00-da yekunlaşıb. Qeyd edək ki, noyabrın 30-na təyin olunan seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub. Seçki dairələri üzrə 9863, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9903 nəfərdir. Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.