Fransa səfirliyi: Minsk qrupundakı yeni həmsədr Jak For missiyasına hazırlaşır
Fransanın Azərbaycandakı səfirliyi Bernar Fasyenin ATƏT-in Minsk qrupundakı həmsədrliyi missiyasının başa çatması ilə əlaqədar məlumat yayıb.
Fransanın Azərbaycandakı səfirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumatda qeyd edilir ki, səfir Bernar Fasye Minsk qrupundakı Fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq: “Onu əvəz edəcək, əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş səfir Jak For öz missiyasına hazırlaşır və hazırda Minsk qrupunun Fransa-Amerika-Rusiya həmsədrliyinin fəaliyyətini öyrənməkdədirâ€�.