Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Naxçıvan öz yaşıllıqları ılə öyünəcək
    Ötən il ərzində bölgədə 486 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb
    Gəlin etiraf edək: evlərimizin, iş otaqlarımızın, bağlarımızın, eləcə də həyət-bacalarımızın gözəlliyi, yaraşığı çox vədə onun yaşıllıq aləmi-gül-çiçəyi, yaşıl libaslı örtükləri- tingləri, ağacları ilə ölçülüb. Hansı şəhərdə, kənddə, yaxud da bağda, həyətdə növbənöv güllər, tinglər, ağaclar görmüşüksə, yaxşı mənada həsəd də aparmışıq. Xüsusən də onlar səliqə ilə əkiləndə və düzgün aqrotexniki qaydada becəriləndə...

    Yaşıllıq göz işığı, gümrahlıq mənbəyi olduğundan gündəlik həyatımızda əhval-ruhiyyəmizin  yüksək olması da xeyli dərəcədə bu amildən asılı olub. Təbiətin bu canlı varlıqlarından zövq almağı bacarmaqla yanaşı, bir qədər yorğun və əsəbi olduqda isə yaşıllıqlar, gülzarlıqlar arasında gəzməyi  ən  yaxşı istirahət hesab etmişik.
    Yaşıllıq sağlamlıq, gümrahlıq rəmzi olmaqla bərabər insan yaşayışının başlıca rəhnidir. İnsan övladı da onun üçün lazım olan təmiz havanı, oksigeni də məhz bu mənbədən alır. Ağciyərlərimizin  normal və sağlam fəaliyyəti də xeyli dərəcədə bu amildən asılıdır. Axı, bir ağacın ətrafa ötürdüyü oksigenlə eyni vaxtda neçə-neçə adam qidalanır. Deyilənə görə,  bir çinar ağacının “istehsal etdiyi” oksigen  58 adama bəhs edir. Bir hektar meşə, yaşıllıq zolağı isə il ərzində 50-70 ton tozu, zəhəri öz  “süzgəçindən” keçirir. Təbii bitki ehtiyatı icərisində meşələr ərazidə su balansının nizamlanmasında, külək qırıcı, atmosferin oksigen və fitonsidlərlə zənginləşdirərək üzvi maddələrin  hazırlanmasında, böyük əksəriyyət heyvanların qida və sığınacağı rolunun tənzimlənməsində də əhəmiyyətli rol oynayır.
    Təbii ki, iri şəhərlərin, bölgələrin yaşıl örtüyə, zolaqlara ehtiyacları daha çoxdur. Ona görə yox ki, o yerlərin avtomobil  yollarında hərəkət sıxdır, iri sənaye mərkəzləri, ocaqxana və qazanxanalar da atmosferə müəyyən  miqdarda zəhərlər ötürürlər. Başlıcası, bu şəhərlərdə adambaşına düşən bitki aləmi də müqayisədə azlıq təşkil edir.
    Naxçıvan Muxtar Respublikasının  ərazisi zəngin floraya  və rəngarəng  bitki örtüyünə malikdir. Mütəxəssislərin fikrincə, onun əsas təbii sərvətlərindən biriu də flora müxtəlifliyidir. Floristik  tərkibinə gğrə, ərazinin bitki örtüyü  ölkəmizin 23 botaniki-coğrafi rayonları arasında  birinci yeri tutur. AMEA-nın müxbir üzvi, biologiya elmləri doktoru, professor Tariyel Talıbovun  sözlərinə görə, bölgə ərazisi  flora müxtəlifliyinin zənginliyinə görə  Azərbaycan florasının 62,4 faizini təşkil edir. Amma bununla yanaşı  burada meşə ehtiyatları olduqca azlıq təşkil edir. Şahbuz rayonu ərazisində  Biçənək  kəndi ətrafında yerləşən və 2550 hektardan artıq sahəni əhatə meşə sahəsi  istisna olmaqla burada böyük ormanlar demək olar ki, yoxdur. Culfa rayonun  sərhəd yaşayış məskəni olan Ərəfsə kəndi  yaxınlığındakı  Xəzinədərə, Ordubad rayonun  Xurs  və Nəsirvaz kəndləri  ətraflarındakı Tillək, Xəlil, Cəmil, Əznəməri meşələri isə birlikdə heç 500 hektar sahəni də əhatə etmirlər.  İynəyarpaqlı meşə  zolaqları isə daha azlıq təşkil edir. Araz palıdı, Qafqaz dağdağanı, Şərq çinarı, Kox şamı kimi  nadir ağac növlərinin qorunması zəruri ehtiyaca çevrilib.  
    Təbii meşə örtüyünün azlığı, kasadlığı  ilk növbədə regionda təbii şəraitin, geoloji və geomorfoloji quruluşun  son dərəcə mürəkkəb olması ilə əlaqədadır.  Bitki örtüyünün formalaşmasında fiziki amillərdən başqa, antropoloji təsirlər  də müəyyən rol oynayıb. Muxtar Respublikada iqlimin quraqlığı və kontinentallığı ilə əlaqədar bitki örtüyü və onun şaquli  və üfüqi zonalığı  məmləkətimizin digər bölgələrindən kəskin fərqlənir.  Kontinental iqlim şəraitində  hər növdə bitki, ağac becərmək də müşkül məsələdir. Xüsusən də yayın   qızmar, qışın sərt şaxtalı günlərində. Bu səbəbdən də sovet hakimiyyətinin “mənəm-mənəm” dediyi illərdə də regionda  yaşılllıq onun  ərazisinin təxminən  1  faiz həcmində olub. Nəzərə alsaq ki, muxtar respublika ərazisi 5,3 min kvadrat kilometrdir, onda bitki örtüyünün  də nə qədər yer tutduğunu hesablamaq bir o qədər çətin deyil.
    Ötən əsrin 90-cı illərinin əvvəllərində isə ölkədə, dünyada hökm sürən ictimai-siyasi proseslər düçar olduğumuz ekoloji durumu daha da  ağırlaşdırıb. Muxtar Respublikanın Ermənistan tərəfindən iqtisadi blokadaya alınması nəticəsində regiona nəql olunan təbii qazın kəsilməsi, elektrik enerjisi verilişinin dayandırılması, digər enerji daşıyıcılarının çatışmaması ucbatından soyuq qış aylarında ağacların kütləvi şəkildə  kəsilməsi baş verib. Xalqımızın ümümmilli lideri  Heydər Əliyev o illərdə yaşanılan bu çətinliklər barədə sonralar belə deyirdi:”Gecə saat ikiyə, üçə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim, bunu hamı bilirdi.Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. İnsanlar həqiqətən donurdular”.
    Bölgədə iqtisadi vəziyyətin  ağır və gərgin olmasına baxmayaraq ümümmilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən təbiətə dəyən ziyanın arasdan qaldırılması üçün ardıcıl tədbirlər planı da müəyyənləşdirmiş, 1993-cü il aprel ayının 2-də qəbul etdiyi qərarla hər ilin yaz mövsümündə yaşıllaşdırma aylığının keçirilməsini taleyüklü məsələ kimi  irəli sürmüşdür. Dahi rəhbər məmləkətimizdə  ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ətraf mühit problemləri yenidən gündəmə gətirilmiş, bu istiqamətdə mühüm işlər həyata keçirilmişdir. “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair  Milli Proqram” da  aparılan siyasətin məntiqi davamı olub.
    1996-cı ildən etibarən isə muxtar respublikada ümümmilli liderimizin müəyyənləşdirdiyi quruculuq xəttinə, eləcə də hər ilin  baharında yaşıllaşdırma aylığının keçirilməsi barədə qəbul etdiyi qərara ardıcıl əməl olunur. Bu sırada Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun hər ilin yaz və payız aylarında abadlıq, təmizlik və yaşıllaşdırma aylığının  keçirilməsi barədə imzaladığı sərəncamı da  qeyd etməyə dəyər. Nəticədə yaşıllaşdırma tədbirlərinin əhatə dairəsi getdikcə çoxalıb. Muxtar respublikada inkişaf və tərəqqi ili elan olunan  ötən  il ərzində isə 486 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib. Halbuki 2007-ci ildə cəmi 293 hektar sahədə əkin işləri aparılmışdır. Ötən ilin yaz və payız  əkin mövsümlərində  400 mindən artıq  ağac tingləri və gül kolları  əkilib.  Bunlar   heç də adi rəqəmlər olmayıb. Nəzərə alsdaq ki, muxtar respublika əhalisinin də sayı təxminən bu qədərdir, onda bu o demək olub ki, yaşıllaşdırma aylığında hər vətəndaş  bir ağac əkib.
    Bununla bərabər  muxtar respublika ərazisində, o cümlədən  şəhər, qəsəbə və kəndlərdə, magistral yol kənarlarında,  sututarların,  su kanalların ətrafında əkiləcək  ərazilərin sxemləri hazırlanmış, torpaq və iqlim xüsusiyyətlərinə  uyğun olaraq ağac və  ting növləri  seçilərək əkin sahələrinin  dislokasiya  planı işlənilib. Ərazinin suvarılmasında  istifadə olunacaq su mənbələri, suvarma şəbəkəsi də  planda öz əksini tapıb.
    Təbii ki, Naxçıvanda aparılan genişmiqyaslı quruculuq tədbirlərində, şəhər və kəndlərin sosial simalarının dəyişdirilməsdində, onların gözəlliklərinin artırılmasında yeni yaradılan  yaşıllıq  sahələri önəmli rol oynayır. Xüsusən də ilin bütün fəsillərində  baharı xatırladan həmişəyaşıl ağaclar baxımından. Diqqəti cəlb edən məqamlardan birisi də budur ki, yeni yaşıllıq zolaqları təkcə Naxçıvan şəhərində salınmayıb.  Ali Məclis Sədrinin çağırışı ilə hər həftənin şənbə və bazar günləri keçirilən iməciliklər, yaşıllaşdırma tədbirləri  rayon və kəndlərimizi də öz ağuşuna alıb.  Adamlar bu tədbirlərdə iştirak etməyi də bir növ özlərinin vətəndaşlıq borcları kimi yanaşırlar..
    Ötən il Naxşıvan şəhəri və şəhərətrafı ərazilərdə 51 hektar sahədə meşəsalma və meşəbərpa işləri görülübsə, Şərur, Babək və Şahbuz rayonlarında həyata keçirilən tədbirlər  bundan  çox olub.  Aparılan tədbirlər sayəsində müxtəlif dərəcədə şoranlaşmış, erroziyaya uğramış yüz hektarlarla torpaq sahəsi isə əkin dövriyyəsinə qaytarılıb. Arpaçay, Naxçıvançay, Əlincəçay vadiləri boyu sahələrdə, səhralaşmaya meylli  Pircuvar düzü və Culfa rayonu ərazilərində yol kənarlarında, su kanalları və sututarlar ətrafı sahələrində qoruyucu meşə zolaqları salınıb. 
    Muxtar respublikada  yaşıllıq zolaqları təkcə sututar ərazilərdə əkilməyir. Elə olsaydı, nə dərd idi, onları becərmək də çətin olmazdı. Təpə döşlərinə, yamaclara terraslar şəklində əkilərək hasilə  gətirilən bağlar da az deyil. Naxçıvan şəhərində  Xalça muzeyinin aşağı hissəsuində, “Xatirə” muzeyi ətrafında,  mikrarayon yolunun hər iki istiqamətində saşlınan yaşıllıq zolaqlarını buna misal göstərmək olar. Naxçıvan-Şərur magistral yolunun Duzdağ massivi istiqamətində salınan  böyük bağ da yoldan ötənləri  heyrətə gətirir.
    Yeni yaşıllıq zolaqlarının salınmasında  bir çox xarici ölkələrdə qazanılan təcrübədən də uğurla istifadə olunur. Onlardan biri də damcı üsulu ilə  suvarma sisteminin tətbiq olunmasıdır. Deyilənə görə, bu üsuldan ilk dəfə İsraildə istifadə olunub. Mexaniki üsulla istifadə olunan bu üsulda  başlıca məqsəd su itkisinin qarşısını almaqdan və ondan qənaətlə istifadə etməkdən ibarətdir.  Ona görə də ondan əsasən suvarma suyu çatışmayan  ərazilərdə istifadə olunur. Yeni suvarma metodunun  ekoloji və iqtisadi səmərəliliyi nəzərə alınaraq ötən il ərzində  100 hektar sahədə bu cür  suvarma sistemləri quraşdırılıb.
    Duzdağ Fizioterapiya Mərkəzi ətrafında salınan 50 hektarlıq yaşıllıq zolağı da qadir insan əməyinin bu gün hansı gücə malik olduğunun bir daha əyani göstəricisinə çevrilib. Çünki min illər boyu susuzluqdan ilan mələyən və daşlı-kəsəkli sahələr hesab olunan bu ərazilərdə bağ salmaq, ağac becərmək həqiqətən  də müşkül iş sayılırdı. 
    Adı müqəddəs dini kitabımız olan “Qurani-Kərim”də çəkilən Əshabi-kəhf ziyarətgahı ətrafında salınan  30 hektar bağ da bu sahədə həyata keçirilən mühüm tədbirlərdən biri olub. Ötən il həmin ərazidə, təpələr üzərində relyefə uyğun olaraq yaşıllıq zolaqları salınıb. Əkilən ağaclar da damcı üsulu ilə becərilir. Əkilən ağaclar arasında isə  soyuğa və  susuzluğa davamlı  olan ağac növlərinə üstünlük verilir.  
    Yaxın həmkarlarımdan biri  söhbət əsnasında mənə belə bir əhvalat da danışdı ki, beş-altı il bundan əvvəl   Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni salınan bağlara, parklara xeyli sayda Eldar şamı adlı həmişəyaşıl ağac növləri əkilmişdi. İlk illər bu ağaclar bir qədər mülayim keçən  iqlim şəraitinə uyğun olaraq sürətlə inkişaf edib. Amma növbəti qış mövsümü sərt və şaxtalı keçdiyindən  həmin ağaclar da məhv olur. Sonralar isə həmişəyaşıl  ağacları ardıc və tyualar əvəzlədi. Bu da lazımi səmərəni verir.
    Yeni yaşıllıq zolaqlarının salınmasında meyvə ağaclarına üstünlük verilməsi də səbəbsiz olmayıb. Sanki bu yerdə ata-babalarımızın belə müdrik öyüdünə əməl edilib: ”əkiblər yemişik, əkərlər yeyərik”. Çünki bu cür ağaclar regiona, onun ayrı-ayrı guşələrinə gözəllik  bəxş etməklə yanaşı, iqtisadi baxımdan da xeyli faydalıdır.  Muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov  bunu bölgədə  həm də aqrar-sənaye kompleksinin inkişafı məqsədi ilə  həyata keçirildiyini bildirir. Deyir ki,  sahibkarlığın inkişaf xətti ilə yerlərdə yeni  və müasir tipli emal müəssisələri yaradılırsa, onda xammala olan təlabatın ödənuilməsi üçün meyvəçiliyin  inkişafına da diqqət yetirilməlidir.  Təkcə ötən il ərzində 200 hektardan artıq sahədə meyvə bağları (ərik, badam, alma, cövüz, şaftalı, tut və sairə)  salınıb.
    Artıq bu mövsüm Kəngərli rayonun  Qabıllı kəndi yaxınlığında becərilən meyvə bağlarından on tonlarla məhsul götürüləcək. Üst-üstə götürdükdə isə son dörd il ərzində burada 100 hektardan artıq meyvə bağı salınıb. Şərurun Püsyan kəndi  yaxınlığındakı 50 hektar meyvə bağından da  nübar məhsullar dəriləcək.  Babək rayonu ərazisində  Quşculuq massivində salınan meyvə bağları da göz oxşayır. Ordubadda  Dəstə gölü ətrafında salınan   ərik bağı da öz görünüşü ilə diqqəti çəkir.
    Təbii ki,  Naxçıvanın susuz, daşlı torpaqlarında bağ salmaq , onu hasilə gətirmək  asan olduğu qədər də çətindir. Asanlığı onunla bağlıdır ki, bölgədə bağsalma xalqımıza məxsus gözəl ənənələrdən biri hesab olunur. Yerli hakimiyyət orqanları da bu işi öz fəaliyyətlərində üstün istiqamətlərdən birinə çeviriblər. Çətinliyi isə odur ki, əkdiyin, becərdiyin hər bir tingin, kolun nazını çəkməlisən, ona xüsusi qayğı və diqqət göstərməlisən. Torpağın “dili”ni bilib onu becərməyi bacarmalısan. Əks halda itirdiklərin də çox olur. Bu günlərdə Muxtar Respublika parlamentində  keçirilən müşavirədə də Ali Məclisin Sədri Vasif Talıbov  məsələyə bu prizmadan yanaşaraq  “ağac əkmə  kampaniyası yox, ağac yetişdirmə kampaniyası aparılmalıdır”-deyib.  Deyilən iradlardan, verilən tapşırıqlardan  birisi də ondan ibarət olub ki, ağac əkinində rayonların təbii şəraiti nəzərə alınmalı, yerli mühitə uyğun tinglər əkilməlidir. Bu sahədə isə muxtar respublikanın ekologiya və təbii sərvətlər nazirliyinə  ciddi tapşırıqlar verilib.
    Ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov  deyir ki, cari ildə bu sahədə həyata keçiriləcək tədbirlərdə  başlıca məqsəd torpaqların münbitliyinin artırılmasına, onların keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib. Bunun üçün  yaz və payız mövsümlərində 289 hektar sahədə meşəsalma və 148,8 hektar sahədə isə meşəbərpa işləri həyata keçiriləcəkdir. Bu məqsədlə də 350 min ədəd müxtəlif cinsli meşə və meyvə tingləri yetişdirilib. Onlar da  əkin dövriyyəsinə daxil ediləcəklər. Daha çox meyvə bağları Şərur və Şahbuz rayonlarında salınacaqdır. Hər bir rayonda  daha 50 hektar sahədə  meyvə tingləri əkiləcək. Naxçıvan şəhərində meşəsalma tədbirlərinin həcmi isə 25 hektara yaxın olacaqdır. Nuh peyğəmbərin məzarüstü türbəsinin ətrafında, Köhnə Qala deyilən  ərazidə salınacaq  2 hektar bağ da  şəhərin gözəllik ünvanlarından birinə çevriləcəkdir. 
    Muxtar respublikanın ekologiya və təbii sərvətlər nazirliyindən aldığımız məlumata görə,   cari ilin yaz mövsümündə  223 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilib. 120 hektardan artıq sahədə yeni meyvə bağları salınıb.   Sahələrə 192 min ədəd  meyvə, meşə və bəzək tingləri əkilib. Torpağa əkilən ağaclara qulluq işi də yaxşı təşkil olunub.
    Belə bir amili də xüsusi vurğulayaq ki,  ərazisi əsasən dağlıq və dağətəyi zonadan ibarət olan muxtar respublikada iməciliklər təkcə hər ilin yaz və payız aylarında keçirilmir. Yayın qorabişirən günlərində də bu tədbirləri davam etdirməyə xüsusi ehtiyac duyulur. Ən əvvəl ona görə ki, isti havalarda torpağa əkilən  tingləriu də susuzluqdan qorumaq çətin olar. Nəinki həm bu tingləri qorumaq, həm də onları inkişaf etdirmək baxımından bu iməciliklərə-kollektiv və birgə işə böyük ehtiyac olur. Bu zaman onlar alaq otlarından təmizlənərək dibləri yumşaldılır, sonra isə suvarma işləri aparılır. Aqrotexnmiki qulluq nəticəsində  ağaclar da normal inkişaf edir. 
    Mənim-bu sətirlərin müəllifinin  fikrimcə, hər həftənin şənbə və bazar günləri  keçirilən iməciliklərin  bir faydası da ondan ibarət olur ki, bu cür tədbirlər əhali arasında həm də yaxşı səmimiyyət vasitəsinə çevrilirlər. Gərgin iş həftəsindən sonra kollektivcəsinə keçirilən bu tədbirlərdə rastlaşdığım əhval-ruhiyyə də bu cür düşünməyimə əsas verir. Ən başlıcası isə, bu cür tədbirlər adamların düşüncə və təfəkkürlkərində də müsbət dəyişikliklər yaradır. Başlıcası isə adamlar təbiətin qayğısına qalmağı özlərinin vətəndaşlıq borcları hesab edirlər.
    Onu da qeyd edək ki,  təbiətin mühafizəsi, onun zənginləşdirilməsi həm də qlobal xarekter daşımaqla  beynəlxalq əhəmiyyət kəsb edir. Bəşəriyyəti “Təbiəti insandan  insan üçün  mühafizə edin” məsələsi hər zaman ciddi düşündürüb. Bu istiqamətdə ana vətənimizin ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri də yüksək dəyərləndirmək olar. Konkret nəticə də göz qabağındadır:  əgər 2000-ci ildə yaşıllıq sahələri muxtar respublika ərazisinin  cəmi 0,6 faizini təşkil edirdisə, ötən il bu rəqəm  1,6 faizə çatıb. Bu müddətdə adambaşına düşən  yaşıllığın həcmi isə 0,012 hektardan 0,021 hektara yüksəlib. Halbuki, ölkə ərazisində adam başına  0,14 hektar meşə örtüyü düşür.  Mütəxəssislərin fikrincə, kəskin kontinental  iqlim şəraitinə malik bölgə üçün indiki rəqəmlər də nəticə deyil. Yerli hakimiyyət orqanları isə bitki örtüyünün  daha da artırılması üçün öz səylərini əsirgəmirlər. Hər il orta hesabla 300-350 hektar sahədə yeni yaşıllıq zolaqları salınırsa, mövcud bitki aləmi qorunub saxlanılırsa,  bu da öyünüləsi işlərdən biridir.
    Unutmayaq ki, bitkilər aləmi ekosistemdə bir çox xüsusiyyətlərinə, ilk növbədə qida zəncirinin  başlanğıcı  olduqlarına görə mühüm əhəmiyyət kəsb edirlər. Bundan əlavə təbiətin bu canlı varlığından  istirahət guşələri ilə yanaşı ondan elmi və xalq təbabətində bir çox məqsədlər, tikinti materialları və enerji daşıyıcıları kimi də istifadə edirlər. Bu səbəbdən hər bir ölkənin, regionun  sosial-iqtisadi inkişafında bu sərvətdən düzgün və  səmərəli istifadə, onların mühafizəsi üzərində nəzarət, nadir növlərin müəyyən edilərək qorunub saxlanılması da dövlət siyasətinin  mühüm tərkib hissələrindən birinə çevrilib.
    Naxçıvanda qazanılan, həyata keçirilən bu təcrübədən isə istifadə etməyə dəyər.

    Məmməd MƏMMƏDOV,
    Naxçıvan MR Ali Məclisinin deputatı, tarix elmləri namizədi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 885
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031