Misir Mərdanov: “Foster tipli ailələr üçün evlərin tikintisi bu il başa çatacaqâ€�
“Uşaqların foster (himayəçi) tipli ailələrdə saxlanılması üçün Mərdəkanda kiçik evlər tikilirâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Misir Mərdanov məlumat verib. Nazirin sözlərinə görə, bu ilin sonuna qədər o evlərin tikintisi başa çatacaq. Uşaqların bir qisminin həmin ailələrlə bu tip evlərdə yaşayacağını bildirən təhsil naziri bu vaxta qədər hələlik o evlərdə yaşayacaq 50 nəfərin müəyyənləşdirildiyini vurğulayıb.