Hadı Rəcəbli: “Sosial xidmətlər haqqındaâ€� qanunda çox vacib məsələlər yer alıbâ€�
“Milli Məclisdə müzakirə olunan “Sosial xidmətlər haqqındaâ€� qanunda çox vacib məsələlər yer alıbâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Sosial qanunvericilik: reallıqlar, perspektivlərâ€� mövzusunda keçirilən dinləmələrdə söyləyib.
O, qeyd edib ki, “Sosial xidmətlər haqqındaâ€� qanunda inqilabi addımlar atılıb. “İlk dəfə özəl qurumların, QHT-lərin sosial xidmətlə məşğul ola biləcəyini qeyd etmişik. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də bununla razılaşdı, dedilər ki, bunu QHT-lər etsə, daha yaxşı olar. Məsələn, xaricdə qocalar evi var ki, saunasından belə hər şey var və bunu özəl şirkətlər edirâ€�,-deyə H.Rəcəbli vurğulayıb.
Vaxtilə Azərbaycanda gəlin qaynananın ayağını yuması kimi ənənədən danışan komitə sədri deyib ki, indi bu mümkün deyil və yaxşı da olmazdı. “Hazırda Bakıda bəziləri anaları üçün qulluqçular tutublar. Ona görə də sosial xidmətlərə özəl qurumların cəlb edilməsi yaxşı olardıâ€�,-deyə o, əlavə edib.