Millət vəkili: Ali məktəblər və səhiyyə müəssisələri özəlləşdirilsin
“Ölkənin sosial həyatı üçün önəmli rol oynayan texniki peşə məktəblərinə ayrılan vəsait artırılmalıdırâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.
O, həmçinin ali məktəblərin yataqxana problemlərinin də tezliklə həll edilməsini vacib sayıb. “Yataqxanalardakı qaçqın və köçkünlər üçün binaların tikilməsi sürətləndirilməli və şəraiti olan yataqxanalar tələbələrə ayrılmalıdır. O cümlədən ali məktəblər üçün yeni yataqxanalar tikilməlidir. Çünki rayonlardan gələn tələbələrin kirayə haqqını valideynlər ödəməkdə çətinlik çəkirlərâ€�,-deyə Q.Paşayeva vurğulayıb.
Deputat Qüdrət Həsənquliyev isə deyib ki, müəllimlərin əməkhaqqı orta aylıq əməkhaqqından 3 dəfə azdır, ən azı orta aylıq əməkhaqqı səviyyəsinə qaldırılmalıdır. “Problemin köklü həlli üçün ali məktəblər özəlləşdirilməlidir. Səhiyyə müəssisələri də özəlləşdirilməlidirâ€�,-deyə Q.Həsənquliyev vurğulayıb. Millət vəkili bildirib ki, Bakı şəhərində bütün binalar təhlükəsizlik kameraları ilə təmin olunmalıdır.