Korrupsiya hüquqpozmaları ilə bağlı 4 nəfər ədliyyə orqanlarından xaric edilib
Ədliyyə Nazirliyində vətəndaşların müraciətlərinə baxılmasının təkmilləşdirilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə işlər görülür, monitorinq qrupları təşkil olunub, nazirliyin internet saytında “qaynar xəttâ€� bölməsi və ayrıca telefon xidməti yaradılıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində ədliyyə nazirinin müavini Toğrul Musayev deyib.
Nazir müavini deyib ki, “Qaynar xəttâ€�ə daxil olan şikayətlərə baxılması Qaydaları təsdiq edilib. Onun sözlərinə görə, nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə cari ildə 4 nəfər barədə materiallar prokurorluğa göndərilib, habelə 7 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 4 nəfər ədliyyə orqanlarından xaric edilib.