Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Gənc İş Adamları Şəbəkəsi təsis ediləcək
Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrın 22-23-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsiâ€�nin (İƏT GİAŞ) təsis qurultayı keçiriləcək. “KƏLAMİNFOâ€� xəbər verir ki, DƏ-İKGF-nin Avrasiya üzrə Regional Mərkəzindən bildiriblər ki, şəbəkə İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onlar arasında biznes sahəsində məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradacaq.
Qurultayın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə İƏT-in üzvü olan ölkələrinin kreativ və işgüzar gənclərinin həvəsləndirilməsinə yönəlmiş “Dünyanı dəyişə biləcək 10 gənc müsəlmanâ€� mükafatının təqdimatının keçirilməsi də planlaşdırılır. Mükafatın otuz yaşadək biznes, incəsənət, idman və ətraf mühitin qorunması sahəsində mühüm uğurlar əldə etmiş müsəlman gənclərə verilməsi planlaşdırılır.
İƏT-in Xarici İşlər Nazirlərinin cari ilin iyununda Astanada keçirilən 38-ci sessiyasında qəbul edilmiş yekun qətnaməsində təşkilatın üzv ölkələrini, eləcə də İƏT qurumlarını bu proqrama dəstək verməyə çağıran bənd öz əksini tapıb.
Təsis qurultayında İƏT-in üzvü olan ölkələrini təmsil edən gənc iş adamlarının birlikləri, eləcə də bu quruma üzv olmayan dövlətlərdə yaşayan gənc innovatorlar da daxil olmaqla, 150-dək nümayəndə iştirak edəcək.
Bakı tədbirinin nəticələri cari il dekabrın 3-5-də İstanbulda keçiriləcək İşgüzarlıq üzrə II Qlobal Sammitin iştirakçıları üçün təqdim olunacaq.