Prezident “Euronewsâ€� kanalının Müşahidə Şurasının sədrini qəbul edib
Prezident İlham Əliyev bu gün “Euronewsâ€� kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, “Euronewsâ€� kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesani ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və Azərbaycanın “Eurovisionâ€� mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə dövlət başçısını təbrik edib. Ölkəmizə bundan əvvəlki səfərini xatırlayan qonaq ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb.
Ötən dövrü “Euronewsâ€� kanalı ilə Azərbaycanın fəal əməkdaşlıq mərhələsi kimi xarakterizə edən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.