Vitse-spiker: “Azərbaycanlı və erməni icmasının görüşü danışıqlara nativ ola bilməzâ€�
Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmasının görüşü danışıqlara nativ ola bilməz. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova söyləyib.
“Gələcəkdə icmaların birgə yaşayışı müzakirə oluna bilər. Ermənistan tərəfi bu görüşün əhəmiyyətsiz olması barədə fikirlər səsləndirir. Amma bu o qədər də vacib deyil. Biz görüşün baş tutmasına nail olmalıyıqâ€� - deyə o qeyd edib. Bahar Muradova həmçinin dini rəhbərlərin görüşü məsələsinə də münasibət bildirərək deyib ki, danışıqların formatına zərər gətirməyən istənilən görüşün tərəfdarıdır.