Valeh Ələsgərov: “Elmə nə qədər pul xərcləsək də xeyri yoxdurâ€�
“İndiki zamanda ölkəmizdə elmə nə qədər pul xərcləsək də xeyri yoxdur. Çünki bunun əvəzində heç nə əldə etməyəcəyikâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bildirib. O qeyd edib ki, bu gün dünyanın aparıcı elmi-tədqiqat müəssisələri öz məhsullarını bazara çıxarmaqla milyardlarla pul qazanırlar və demək olar ki, özlərini maliyyələşdirirlər. “Məsələn, riyaziyyatı götürün, Lütfü Zadəni götürün və sair bu kimi misallar var. Lütfü Zadənin 5 nəzəriyyəsi var. Onlar olmasaydı, bugünkü kommunikasiya vasitələri olmazdı. Ona görə də nəticə alaraq bu işləri görmək lazımdır. Biz hətta təhsil sahəsində nə alacağıq onu düşünməliyikâ€� - deyə V.Ələsgərov vurğulayıb. O bildirib ki, büdcədən ayrılan vəsaitlərə görə universitetlər və elmi tədqiqat mərkəzləri özlərində ciddi məsuliyyət hiss etməlidirlər.