Füzuli Ələkbərov: “Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrantların mübadiləsi mövcud deyilâ€�
Hazırda Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrant mübadiləsi demək olar ki, mövcud deyil. “KƏLAMİNFOâ€�nun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, gələcəkdə əmək miqrantlarının sosial müdafiəsi ilə bağlı addımlar mümkündür: “Qeyri-neft sektoruna qarşılıqlı investisiya proqramları və maraqlar gündən-günə artır. Bolqarıstan investisiyası bizim ölkəyə işçi axınına, Azərbaycan investisiyası isə bizdən Bolqarıstana işçi axınına səbəb ola biləcək. Bu nöqteyi-nəzərdən gələcəkdə sözügedən məsələlər barədə də əməkdaşlıq ola bilərâ€�.