Musa Qasımlı Qars müqaviləsinin 90 illiyinə həsr olunan beynəlxalq simpoziuma qatılacaq
Türkiyənin Ərdahan şəhərində Moskva və Qars müqavilələrinin imzalanmasının 90 illiyi münasibəti ilə noyabrın 17-20-si tarixlərində Türkiyə, Rusiya və digər ölkələrdən olan alimlərin iştirakı ilə beynəlxalq simpozium keçiriləcək.
“KƏLAMİNFOâ€� xəbər verir ki, tədbirdə Azərbaycandan millət vəkili, tarixçi alim Musa Qasımlı da iştirak edəcək.
Simpoziumda M.Qasımlı “Moskva və Qars müqavilələrinə Stalin, Çiçerin və Bekzadyanın münasibətiâ€� mövzusunda məruzə edəcək. Azərbaycanlı alim iclaslardan birinə sədrlik edəcək.