Vəfa Quluzadə: “Tezliklə Rusiyada inqilab baş verəcəkâ€�
“Tezliklə Rusiyada inqilab baş verəcək, artıq vəziyyət yetişib. Özü də bu, ərəb ölkələrindəki inqilabları kimi yox, daha dəhşətli olacaqâ€�. Bunları “KƏLAMİNFOâ€�ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.
Politoloq deyir ki, sadəcə, vəziyyəti yaxından izləmək kifayətdir ki, Rusiyada sürətlə inqilabi vəziyyətin yetişməsinin şahidi olasan. “Nəticə etibarı ilə federasiya dağılacaq. Eyni zamanda, bu inqilab ərəb inqilabları kimi olmayacaq, daha qanlı olacaq. Bu gün Rusiya rəhbərliyi müxtəlif bəyanatlar verərək, müxtəlif layihələrə cəhd edərək bunu pərdələmək istəyir. Amma həqiqəti heç vaxt əbədi pərdələmək olmurâ€� - deyə V.Quluzadə vurğulayıb.
Politoloq hesab edir ki, Avrasiya İttifaqı və digər kimi iri təkliflər irəli sürməsinə baxmayaraq, Rusiyanı bu vəziyyətdən heç prezidentliyə hazırlaşan Vladimir Putin də çıxara bilməyəcək. “Bu gün Putini çox şişirdirlər. Axı o kimdir? Putin aşağı-yuxarı xırda bir “KQBâ€� işçisi olub və indiyə qədər elə bir böyük işlər də görməyib. Əslində, biz məsələyə daha real yanaşıb deyə bilərik ki, Putin prezident postuna seçilməyəcək, çünki o, artıq bu posta təyin olunub. Bu özü xaosun bir göstəricisidirâ€� - deyə V.Quluzadə vurğulayıb.