Macarıstan prezidenti Pal Şmitt Azərbaycana rəsmi səfərə gəlir
Bu gün Macarıstan prezidenti Pal Şmitt Azərbaycana rəsmi səfərə gəlir. “KƏLAMİNFOâ€� xəbər verir ki, səfər zamanı prezident Pal Şmittin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olacaq.
Bundan başqa, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının və Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi planlaşdırılır.
Səfər noyabrın 12-dək davam edəcək.