Sənədli filmimiz beynəlxalq festivalda mükafat alıb
İdman Kinosu Beynəlxalq Federasiyası tərəfindən 29-cu Milan Beynəlxalq Festivalında ölkəmizi təmsil edən “Yerə dəyən top göylərə qalxarâ€� sənədli filmi “Ən yaxşı filmâ€� mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, festivalın final mərhələsində “Olimpiya oyunlarıâ€�, “Sənədli filmlərâ€�, “Tele-şou və yeni texnologiyalarâ€�, “İdman və cəmiyyətâ€�, “Kinofilmlərâ€�, “İdman və reklamâ€� və “Kino və televiziya - Böyük çempionlarâ€� adlı yeddi nominasiya üzrə yarışan filmimiz “Kino və televiziya - Böyük çempionlarâ€� nominasiyasında uğur qazanıb. Bildirilir ki, ölkəmizdə futbolun yaranmasının 100 illiyinə həsr olunan film cari ilin sentyabr ayında Rusiyanın Lipetsk şəhərində keçirilən 7-ci Beynəlxalq İdman Filmləri Festivalında da “Olimpiya ideallarına sədaqətâ€� nominasiyası üzrə I yer qazanıb.
Qeyd edək ki, “Salnaməâ€� studiyasında çəkilən filmin müəllifi Arzu Urşandır. Arzu Urşanın verdiyi məlumata görə, Milan festivalı zamanı film Almaniya və Braziliyada keçiriləcək İdman Filmləri Festivalına da dəvət alıb.
Xatırladaq ki, festivalda ölkəmizi təmsil edən “Çovqanâ€� filmi isə fəxri diplom və xüsusi medala layiq görülüb.