Qəddafini öldürən şəxs cinayət məsuliyyətinə cəlb olunacaq
Liviya Milli Keçid Şurası keçmiş diktator Müəmmar Qəddafini öldürən şəxsin cinayət məsuliyyətinə cəlb olunacağını vəd edib. “KƏLAMİNFOâ€� “Guardianâ€�a istinadən xəbər verir ki, Liviyadakı Keçid Şurasının sədr müavini Abdel Hafiz Qhoqa Benqazidə keçirdiyi mətbuat konfransında istintaq başlandığını və cavabdehlərin ədalət məhkəməsinə cəlb ediləcəyini deyib.
BMT-nin Təhlükəsizlik Şurası isə cümə axşamı NATO-nun Liviyadakı hərbi kampaniyasının oktyabrın 31-də başa çatdırılacağını bəyan edib.