Əli Həsənov: “Siyasi partiyalar haqqındaâ€� qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb
Avropa Şurası Venesiya Komissiyasının müzakirəsinə çıxarılan “Siyasi partiyalar haqqındaâ€� qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisi deyib ki, bundan əlavə Azərbaycan tərəfinə müəyyən tövsiyələr də olunub: “Avropa Şurası Venesiya Komissiyası təklif edib ki, xarici vətəndaşlar Azərbaycanda partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olsunlar. Lakin Azərbaycan tərəfi bu təkliflərlə razılaşmayıbâ€�.
Ə.Həsənov əsaslandırıb ki, Avropa Birliyi ölkələrində siyasi inteqrasiya tendensiyası mövcud olduğuna görə, Avropa ölkələrində xarici vətəndaşlar siyasi partiyaların üzvü ola, yaxud xarici dövlətə mənsub strukturlar siyasi partiyaları maliyyələşdirə bilər: “Lakin bu Avropa Birliyinə aid tendensiyadır və biz belə hesab edirik ki, bu tendensiyanın Azərbaycanda tətbiqi mümkün deyilâ€�. Şöbə müdiri “Siyasi partiyalar haqqındaâ€� qanun layihəsinin müvafiq standartlara uyğunlaşdırılandan sonra parlamentin müzakirəsinə çıxarılacağını bildirib. Onun sözlərinə görə, layihə millət vəkillərinin irad və tövsiyələri nəzərə alınmaqla, rəy üçün yenidən Venesiya Komissiyasına göndəriləcək.