Milli Məclisin Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələri birgə Ailə Məcəlləsi və Cinayət Məcəlləsində növbəti dəyişikliklər hazırlayıblar. “KƏLAMİNFOâ€� xəbər verir ki, bununla bağlı bu gün komitələrin birgə iclası keçirilir. Cinayət Məcəlləsindəki dəyişikliyə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ailə Məcəlləsinə dəyişikliklərdə isə qadınlar üçün nikaha girmə yaşının 17-dən qaldırılaraq 18 olması nəzərdə tutulur.