Türkiyənin antiterror hərəkatının qələbə şansı azdır
Hakkaridə 24 şəhid verən Türkiyə PKK qüvvələrinə qarşı sərhəddənkənar hərbi əməliyyata start versə də, rəsmilər bu əməliyyatın uğuruna o qədər də böyük ümidlər bəsləmir. “KƏLAMİNFOâ€� “The İndependentâ€�ə istinadən xəbər verir ki, AB təhlükəsizlik sektorunun üzvü Carets Qenkins geniş bir ərazini əhatə edən və on mindən çox canlı qüvvənin cəlb olunduğu əməliyyatdan uğur gözləmədiyini deyib: “Bu əməliyyatların sonunu əvvəllər də görmüşük. Adı keçən ərazilərin hər qarışı PKK-çılar üçün barmaq kimi tanışdır. Türkiyənin əməliyyata cəlb etdiyi qüvvənin yarıdan çoxu ömür boyu sərhədi keçməyib. PKK-çılara ağır zərbələr vurulması bir tərəfə, bu mübarizədən Türkiyənin zərərli çıxma ehtimalı da varâ€�.
Avrasiya əməkdaşlıq qrupunun sədri Volfanq Pikoli də bu əməliyyatın çox lazımsız yerlərdə və yanlış zamanda başladıldığını deyib.