Türkiyə PKK-nın İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb
Türkiyənin cənub-şərqində, Hakkari vilayətinin Çukurca qəsəbəsi ərazisində 24 əsgərin və Bitlisin Güroymaq qəsəbəsində 5 polisin PKK terrorçuları tərəfindən şəhid edilməsindən sonra Türkiyə hərbi təyyarələri PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb. “KƏLAMİNFOâ€� “Hürriyətâ€� qəzetinə istinadən xəbər verir ki, artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu komandanları ilə birlikdə hadisə yerinə gedib.
Hazırda Türkiyə ordusu bölgədə terroristlərə qarşı geniş miqyaslı əməliyyata başlayıb.