Sabir Rüstəmxanlı: 1990-91-ci illərdə SSRİ-nin dağıldığını Naxçıvanda Heydər Əliyev görürdü
“1990-91-ci illərdə SSRİ-nin dağıldığını hamı, hətta Naxçıvanda Heydər Əliyev də görürdü, lakın o vaxtkı Azərbaycan hakimiyyəti görmürdü və bizi SSRİ-nin dağılmaması üçün addımlara təhrik edirdiâ€�. Bunları “KƏLAMİNFOâ€�ya müsahibəsində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
O, qeyd edib ki, həmin hakimiyyət onları təzədən Moskvanın qucağına çəkirdi. “O vaxt hamı bilirdi ki, Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmaması ilə bağlı referendum keçirilməsi bizim təzədən İttifaqın tərkibində qalmamız demək idi. İndi bu referendumla bağlı müxtəlif söz- söhbətlər gəzir. Amma o vaxt bu konkret olaraq belə olub: sual qoyulmuşdu ki, “Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamsı ilə bağlı referendum keçirilsin, ya yox?â€�. Biz 43 nəfər də etiraz etdik ki, keçirilməsin. Daha orada sual qoyulmamışdı ki, “Biz SSRİ-nin tərkibində qalaq, ya yox?â€�, indi sələnən bu fikir yanlışdır. Çünki Azərbaycanın İttifaqın tərkibində qalması müzakirə belə oluna bilməzdiâ€�,-deyə S.Rüstəmxanlı vurğulayıb.