Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olacaq
Noyabr ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, məlumatı Türkiyənin “Zamanâ€� qəzeti yayıb. Məlumata görə, görüşün məqsədi hər üç ölkəylə olan sərhəd məntəqələrindəki çətinliklərin aradan qaldırılması, bölgədə ticarətlə məşğul olan iş adamlarının problemlərinin həll edilməsindən ibarətdir.