Ermənistan Prezident Aparatına yeni rəhbər təyin olunub
Ermənistan prezidenti Serj Sarkisyan Prezident Aparatının rəhbəri vəzifəsinə Viqen Sarkisyanın təyin edilməsi barədə fərman imzalayıb. “KƏLAMİNFOâ€� erməni saytlarına istinadən xəbər verir ki, Prezident Aparatının əvvəlki rəhbəri Karen Karapetyanın istefasından sonra Viqen Sarkisyan müvəqqəti olaraq bu səlahiyyətləri icra edirdi.
O, 2009-cu ildən Prezident Aparatı rəhbərinin müavini, ona qədər isə prezidentin məsləhətçisi vəzifəsini icra edib.